Kann kinofilm festivalının münsiflǝr heyǝtinin başçısı bǝlli olub

69-cu Kann film festivalının əsas müsabiqəsinin münsiflərinin sədri avstraliyalı dünya şöhrətli rejissor, ssenarist və prodüser Corc Miller olacaq.

426680
Kann kinofilm festivalının münsiflǝr heyǝtinin başçısı bǝlli olub

Corc Miller münsiflərin sədri olmaq dəvətini aldıqdan sonra jurnalistlərə verdiyi açıqlamada bunları deyib: “Zəngin tarixi olan bu festivalın mərkəzində olmaq böyük həzdir. Eləcə də, həmkarlarım, münsiflərin üzvləri ilə maraqlı debatların olacağını gözləyirəm. Bu, böyük şərəfdir və bu hadisəni heç cürə gözdən qaçıra bilmərəm”.

Qeyd edək ki, Corc Millerin karyerası 20-ci əsrin 80-ci illərində Avstraliya kinosunun qızıl dövründə inkişaf edib.



Әlaqәli Xәbәrlәr