"Rənglərin ahəngi"

117555
"Rənglərin ahəngi"

Avqustun 16-da İstanbulda Dolmabağça Sarayının sənət qalereyasında TÜRKSOY-un rəsm kolleksiyasından seçilmiş nümunələr nümayiş etdirilǝcǝk.
Mədəniyyət və Turizm Nazirliyinin mǝlumatına ǝsasǝn, Türkiyə Böyük Millət Məclisi Milli Saraylar İdarəsinin dəstəyi ilə keçiriləcək sərgidə Türkdilli ölkə və diyarlardan 45 rəssamın əsərləri nümayişdǝ olacaq.
Avqustun 30-dək davam edəcək “Rənglərin ahəngi” adlı özǝl sərgidə TÜRKSOY-un kolleksiyasında yer alan 2000-dən çox tablo arasından seçilmiş 80 əsər sǝrgilǝnǝcǝk.
Dolmabağça Sarayının sənət qalereyasında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və başqa ölkələrin rǝssamlarının əsərləri yer alacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr