Türkiyedə işsizlik nisbəti azalıb

Türkiyedə işsizlik nisbəti 2023-cü ildə əvvəlki il ilə müqayisədə 1 bal azalaraq 9,4 faizlə son 10 ilin ən aşağı səviyyəsinə çatıb.

2119755
Türkiyedə işsizlik nisbəti azalıb

Türkiyedə işsizlik nisbəti 2023-cü ildə əvvəlki il ilə müqayisədə 1 bal azalaraq 9,4 faizlə son 10 ilin ən aşağı səviyyəsinə çatıb.

Türkiye Statistika İdarəsi (TÜİK) 2023-cü ilin işçi qüvvəsi statistikasını paylaşıb.

Buna görə, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2023-cü ildə bir əvvəlki il ilə müqayisədə 318 min nəfər azalaraq 3 milyon 264 min nəfərə çatıb.

İşsizlik nisbəti 1 bənd azalaraq 9,4 faizə düşüb.

2023-cü ildə məşğul əhalinin sayı əvvəlki il ilə müqayisədə 880 min nəfər artaraq 31 milyon 632 min nəfərə, məşğulluq səviyyəsi isə 0,8 bənd artaraq 48,3 faizə çatıb.



Әlaqәli Xәbәrlәr