“Nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz”, A.Quterreş

Bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib.

2127605
“Nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz”, A.Quterreş

 

  “Yaxın Şərq regionu genişmiqyaslı münaqişə astanasındadır, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir”, bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib.

  “Bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir", - deyə BMT rəhbəri bildirib.

  Baş katib əlavə edib ki, nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz.

 



Әlaqәli Xәbәrlәr