Türkiyenin kilkə balığı ixracından əldə etdiyi gəliri artıb

2024-cü ilin yanvar-fevral aylarında Türkiyədən kilkə balığı ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.

2114988
Türkiyenin kilkə balığı ixracından əldə etdiyi gəliri artıb

2024-cü ilin yanvar-fevral aylarında Türkiyədən kilkə balığı ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.
Beləliklə Türkiye 2024-cü ilin yanvar-fevral ayları ərzində kilkə ixracından  2 milyon 119 min 836 dollar gəlir əldə edib.
Məlumata görə, sözügedən dövrdə ölkədən 577 ton kilkə ixrac edilib.
İxrac əməliyyatından iki milyon dollardan çox gəlir əldə olunub.
Yeri gəlmişkən qeyd edək ki, ötən il ölkədən 303 ton kilkə balığı ixrac edilmişdi. Sözügedən ixracdan 1 milyon 569 min 373 dollar gəlir əldə olunmuşdu.
Ən çox ixracın Belçika, Amerika Birləşmiş Ştatları (ABŞ) və Fransaya edildiyi bildirilib.
İlin ilk iki ayında Türkiyedən Belçikaya 524  936, ABŞ-a 401 109, Fransaya 368 287 min dollarlıq kilkə balığı satılıb.
Keçən ilin eyni dövründən fərqli olaraq  Hollandiya, İtaliya, Yunanıstan, Rumıniya, Dubay və İraqa da kilkə balığı ixrac edilib.



Әlaqәli Xәbәrlәr