Türkiyenin sənaye istehsalında artım qeydə alındı

Türkiyenin sənaye istehsalı yanvar ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artıb.

2114294
Türkiyenin sənaye istehsalında artım qeydə alındı

Türkiyenin sənaye istehsalı yanvar ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artıb.

Türkiye Statistika İdarəsi (TÜİK) sənaye istehsalı indeksi məlumatlarını açıqlayıb.

Artımın aparıcı göstəricilərindən olan sənaye istehsalı yanvar ayında da davam edib.

Sənaye istehsalında artım tendensiyası 2023-cü ilin aprel ayından etibarən illik 1,1 faiz artımla davam edib.

Yanvar ayında mədənçıxarma və karxana sektoru indeksi keçən ilin müvafiq ayı ilə müqayisədə 4,9 faiz, emal sənayesi indeksi 0,4 faiz, elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi isə 8,4 faiz artıb.

Sənaye istehsalı aylıq olaraq dəyişməz qalıb.

İndeks dekabr ayında aylıq 2,8 faiz, illik isə 2,3 faiz artım qeyd edib.



Әlaqәli Xәbәrlәr