Antalyanı ziyarət edən xarici turistlərin sayında rekord artım olub

Antalyaya ilin ilk iki ayında ziyarət edən xarici turistlərin sayında rekord artım qeydə alınıb.

2111281
Antalyanı ziyarət edən xarici turistlərin sayında rekord artım olub

Antalyaya ilin ilk iki ayında ziyarət edən xarici turistlərin sayında rekord artım qeydə alınıb.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yanvar və fevral aylarında şəhərə gələn xarici turistlərin sayı 10,82 faiz artaraq 499 min 784 nəfərə çatıb.

Almaniya fevral ayında 58 min 228 nəfərlə Antalyaya ən çox ziyarətçi göndərən ölkələr arasında birinci olub.

Rusiya Federasiyası 48 min 937 ziyarətçi ilə 2-ci, İngiltərə isə 37 min 454 ziyarətçi ilə 3-cü olub.

İngiltərədən sonra Antalyaya ən çox ziyarətçi göndərən ölkələr Polşa, Hollandiya, Qazaxıstan, Ukrayna, Danimarka, Avstriya və Belçikadır.

İki aylıq məlumata görə, Rusiya Federasiyası 106 min 304 ziyarətçi ilə 1-ci, Almaniya 97 min 655 ziyarətçi ilə 2-ci, İngiltərə isə 55 min 384 ziyarətçi ilə 3-cü yerdə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr