Türkiyə 39 şirkətilə DİMDEX-də

Türkiyə Qətərin paytaxtı Dohada başlayan Beynəlxalq Dəniz Müdafiəsi Sərgi və Konfransında (DİMDEX 2024) 39 müdafiə sənayesi şirkəti ilə çıxış edir

2110649
Türkiyə 39 şirkətilə DİMDEX-də

 

  Türkiyə Qətərin paytaxtı Dohada başlayan Beynəlxalq Dəniz Müdafiəsi Sərgi və Konfransında (DİMDEX 2024) 39 müdafiə sənayesi şirkəti ilə çıxış edir.

  4-6 mart tarixlərində Qətərdə 8-ci dəfə keçirilən və 3 gün davam edəcək DİMDEX 2024 sərgisində Türkiyənin müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi pilotsuz quru və hava vasitələri, zirehli avtomobil platformaları, silah sistemləri, elektron sistemlər, sursat və logistika dəstək məhsulları göstərilir.

  Yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi yarmarkada dünya müdafiə sənayesi, texnoloji inkişaflar, kibertəhlükəsizlik və süni intellektlə bağlı məlumatlar paylaşılılır.

  Türkiyədən sərgidə iştirak edən 39 müdafiə sənayesi şirkəti hava, quru, dəniz platformaları və silah sistemləri üzrə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr