Ən çox qızıl ehtiyatına sahib ölkələr

Dünya Qızıl Şurasının son hesabatında bildirilir ki ...

2110106
Ən çox qızıl ehtiyatına sahib ölkələr

 

  Müharibələr, silahlı münaqişələr və qlobal iqtisadi böhran fonunda bir çox ölkələrin mərkəzi bankları qızıl ehtiyatını artırır. Bu qiymətli metalın dünya birjalarında qiyməti də durmadan qalxır.

  Dünya Qızıl Şurasının son hesabatında bildirilir ki, 2023-cü ildə qızıla qlobal tələbat 2022-ci illə müqayisədə 3 faiz artıb. Eyni zamanda, qızıl mədənlərində illik istehsalın həcmi 1 faiz artaraq 3 min 644 tona çatıb.

  Hesabatda ən çox qızıl ehtiyatına sahib olan ölkələrin siyahısı açıqlanıb.

1.   Birinci yerdə qərarlaşan ABŞ 2023-cü ilin 4-cü rübündə ən çox ehtiyata - 8133 ton qızıla malik olub. Bu ölkə, eyni zamanda, dünyanın 5-ci ən böyük qızıl istehsalçısıdır. Birləşmiş Ştatların ehtiyatının ümumi dəyəri isə 543,50 milyard dollardır.

2.   Siyahıda ikinci yeri Almaniya tutur. Bu ölkənin qızıl ehtiyatı ABŞ-dan 59 faiz az - 3353 min tondur, onun ümumi dəyəri isə 244 milyard dollardır. Böyük qızıl idxalatçısı olan Almaniyanın ümumi maliyyə ehtiyatlarının 70 faizi məhz bu qiymətli metalın payına düşür.

3.   İtaliya 2 min 452 ton qızıl ehtiyatı ilə siyahıda üçüncüdür. Bu ölkədə qızıl mədənləri fəaliyyət göstərsə də, istehsalın azalması səbəbindən idxala daha çox üstünlük verilir. İtaliyanın qızıl ehtiyatının ümumi dəyəri 163,84 milyard dollardır.

  Siyahıda ilk beşliyə 2437 ton qızıl ehtiyatı ilə Fransa (ümumi dəyəri 162,85 milyard dollar) və 2333 ton ehtiyatla Rusiya daxildir.

  Rusiya dünyanın ikinci ən böyük qızıl istehsalçısıdır və ötən il onun hasilat həcmi 324,7 tona çatıb. Amma sanksiyalar səbəbindən Rusiya öz qızılını satmaqda çətinlik çəkir.

  İlk onluqda yer alan ölkələrin arasında Çin (2235 ton), İsveçrə (1040 ton), Yaponiya (840 ton), Hindistan (804 ton) və Niderland (612 ton) var. Türkiyə 540 ton qızıl ehtiyatı ilə siyahıda 11-ci yerdədir.



Әlaqәli Xәbәrlәr