Rusiya benzin ixracına qadağa qoyub

Rusiya bu gündən (martın 1-dən) benzin ixracına 6 ay qadağa qoyub.

2109525
Rusiya benzin ixracına qadağa qoyub

Rusiya bu gündən (martın 1-dən) benzin ixracına 6 ay qadağa qoyub.

Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkənin yanacaq bazarında sabitliyin qorunub saxlanılması üçün tədbirlərin görüldüyü və bu çərçivədə 1 mart tarixindən etibarən benzin ixracının 6 ay müddətinə qadağan edildiyi, Avrasiya İqtisadi Birliyi ölkələri də daxil olmaqla hökumətlərarası razılaşmalarla daşımaların bu qərar çərçivəsində oladığı bildirilib.

Baş nazirin müavini Aleksandr Novak çərşənbə günü bildirib ki, benzinin ixracına qoyulan mümkün qadağa planlaşdırılandan daha tez aradan qaldırıla bilər.

Xatırladaq ki, Rusiyada benzin və dizelin qiymətinin artması ilə əlaqədar olaraq 2023-cü ilin sentyabrında benzinin ixracına qadağa qoyulub, təxminən 2 ay sonra isə qadağa götürülüb.



Әlaqәli Xәbәrlәr