“Bu layihə Türkiyə və bütün bölgə üçün yeni nəfəs olacaq”, C.Yılmaz

“TRT Haber”ə açıqlamasında Türkiyənin vitse-prezidenti sözügedən mövzu ilə bağlı deyib ...

2133307
“Bu layihə Türkiyə və bütün bölgə üçün yeni nəfəs olacaq”, C.Yılmaz

 

  Vitse-prezident Cevdet Yılmaz “İnkişaf yolu” layihəsinin Türkiyə və bütün bölgə üçün yeni nəfəs olacağını bildirdi.

  “TRT Haber”ə açıqlamasında Türkiyənin vitse-prezidenti sözügedən mövzu ilə bağlı deyib: “Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri iki ölkənin ticarət əlaqələrinə müsbət təsir edəcək. Türkiyə və İraq arasında ticarət təhlükəsizlik, terrorla mübarizə və enerji ilə yanaşı çox əhəmiyyətli sahədir. Səfərin əsas məsələlərindən biri də “İnkişaf yolu” layihəsiydi. Bu layihə Türkiyə və bütün bölgə üçün yeni nəfəs olacaq. Türkiyə bu layihə ilə strateji mövqeyini daha da gücləndirəcək. “İnkişaf yolu”nun əməkdaşlıq üçün əhəmiyyəti də böyükdür.

  Münaqişələr, döyüşlər, etnik parçalanmalar, məzhəb qarşıdurmaları, bunların heç kimə faydası yoxdur. Etməli olduğumuz həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində daha çox əməkdaşlıq etməkdir. İnanıram ki, bunu etdikdə regionda çox fərqli bir mərhələyə gələcəyik”.



Әlaqәli Xәbәrlәr