“Türkiyə bu templə Aİ ölkələri arasında ən sürətlə inkişaf edən ölkədir”, R.T.Ərdoğan

Ədalət və İnkişaf Partiyasının da sədri olan Ərdoğan partiyasının Aydın mitinqində xalqa xitab edib, 2023-cü il artım rəqəmlərinə toxunaraq deyib ...

2109277
“Türkiyə bu templə Aİ ölkələri arasında ən sürətlə inkişaf edən ölkədir”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatının 4,5 faiz inkişaf edərək çox mühüm uğur əldə etdiyini bildirib.

  Ədalət və İnkişaf Partiyasının da sədri olan Ərdoğan partiyasının Aydın mitinqində xalqa xitab edib, 2023-cü il artım rəqəmlərinə toxunaraq deyib: "Türkiyə iqtisadiyyatı 6 fevral Kahramanmaraş mərkəzli zəlzələlər və digər əksikliklərə baxmayaraq, 2023-cü ildə 4,5 böyüyərək çox mühüm uğura imza atdı… Belə ki, iqtisadiyyatımız 14 rüb ardıcıl olaraq böyümə müvəffəqiyyəti əldə edib… Ümumi Daxili Məhsulumuz ilk dəfə 1 trilyon 119 milyard dollarla 1 trilyon dollar həddini keçib… Türkiyə bu templə Avropa İttifaqı ölkələri arasında ən sürətlə inkişaf edən ölkədir.



Әlaqәli Xәbәrlәr