Mehmet Fatih Kacır: "Türkiyeni dəyərli və keyfiyyətli istehsal mərkəzinə çevirdik"

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır 22 illik siyasi sabitliyin Türkiyenin əlavə dəyər istehsalına və ixracına töhfə verdiyini bildirib.

2108057

Nazir Kacır Əskişəhərdə bir fabrik açılışında etdiyi çıxışda “Prezidentimizin rəhbərliyi ilə 22 ildə yaratdığımız siyasi sabitlik iqlimi, tədqiqat və innovasiya ekosistemi, planlaşdırılan sənaye sahələri, sahibkarlıq mədəniyyəti və ixtisaslı insan resursları ilə Türkiyeni qlobal əlavə dəyərli və keyfiyyətli istehsal mərkəzinə çevirdik" deyib.

Sənaye və texnologiya naziri 22 ildə mütəşəkkil sənaye zonalarının sayını 192-dən 361-ə çıxararkən, polad ixracatını 4 dəfə artıraraq 15 milyard dollara çatdırdıqlarını ifadə edib:

“Maşın ixracını 12 dəfə artıraraq 25,2 milyard dollara, kimya ixracını 10 dəfə artıraraq 30 milyard dollara, avtomobil ixracını 15 dəfə artıraraq 35,7 milyard dollara, nəticədə Türkiyenin ümumi ixracatını 36 milyard dollardan 255,8 milyard dollara yüksəltdik".

Әlaqәli Xәbәrlәr