Tatarıstandan gələn heyət İzmirdə iş adamları ilə görüşüb

Tatarıstandan gələn nümayəndə heyəti İzmirdə iş adamları ilə görüş keçirib.

2104772
Tatarıstandan gələn heyət İzmirdə iş adamları ilə görüşüb

Tatarıstandan gələn nümayəndə heyəti İzmirdə iş adamları ilə görüş keçirib.

İzmir Ticarət Palatasından (İZTO) verilən açıqlamaya görə, Rusiya Federasiyası Tatarıstan Respublikası Ticarət və Sənaye Palatasına üzv olan 13 şirkətin iştirakı ilə iş görüşləri keçirilib.

İZTO İdarə Heyətinin sədri Mahmut Özgener Türkiye ilə Tatarıstan arasında ticarət həcminin yüksələn tendensiyaya malik olduğunu və hər iki tərəfin bu əlaqələri müxtəlif sahələrdə inkişaf etdirmək əzmində olduğunu bildirib.

Özgener “Əməkdaşlığımız təkcə ticarətlə məhdudlaşmır, enerji, nəqliyyat, tikinti və avtomobil başda olmaqla bir çox sahədə artan türk sərmayələri ilə gündən-günə daha da dərinləşir” deyib.

Bildirilib ki, görüşdə 200-ə yaxın türk şirkəti müxtəlif sektorlardan 13 tatar şirkəti ilə görüş keçirib.



Әlaqәli Xәbәrlәr