İstanbul Hava Limanı yanvar ayında Avropanın ən işlək hava limanı oldu

İstanbul Hava Limanı yanvar ayında gündə orta hesabla 1308 uçuşla Avropanın ən işlək hava limanı oldu.

2104257
İstanbul Hava Limanı yanvar ayında Avropanın ən işlək hava limanı oldu

İstanbul Hava Limanı yanvar ayında gündə orta hesabla 1308 uçuşla Avropanın ən işlək hava limanı oldu.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) yanvar ayı üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1308 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul Hava Limanını gündə orta hesabla 1201 uçuşla London Hitrou, 1160 reyslə Amsterdam Şiphol və 1032 uçuşla Paris Şarl de Qoll hava limanı izləyib.

İstanbul Sabiha Gökçen Hava Limanı gündə orta hesabla 596 uçuşla Avropanın ən işlək 10-cu hava limanı olub.



Әlaqәli Xәbәrlәr