Türkiyənin 2023-cü il qızılgül ixracatı gəliri

2023-cü il kəsilmiş qızılgül istehsalı əvvəlki ilə görə 6,4 faiz artaraq 105 milyon 771 min ədədə çatıb

2101751
Türkiyənin 2023-cü il qızılgül ixracatı gəliri

 

  Türkiyənin qızılgül ixracı gəliri 2023-cü ildə 620 min 28 dollar oldu.

  14 Fevral - Sevgililər Gününün simvolu halına gələn qızılgüllə 5 illik ticarət həcmi 16,5 milyon dollara çatıb.

  Son 5 ildə ölkədə təxminən 270 hektar sahədə 497 milyon 797 min 546 ədəd kəsilmiş qızılgül yetişdirilib.

  2023-cü il kəsilmiş qızılgül istehsalı əvvəlki ilə görə 6,4 faiz artaraq 105 milyon 771 min ədədə çatıb.

  Son 5 ildə ümumi 2 milyon 940 min dollarlıq ixracat edilib. Bu rəqəmin 620 min 28 dolları 2023-cü ildə reallaşıb. Keçən il qızılgül ixracı əvvəlki ilə nisbətən 11,5 faiz artıb.

  2023-cü ildə kəsilmiş qızılgüldən ən çox ixracat 141 min 332 dollarlıq İraqa, 128 min 95 dollarla Türkmənistana edilib.

 



Әlaqәli Xәbәrlәr