İran bu körpünün tikintisi üçün Çinlə müqavilə bağladı

İran Tələbələr Xəbər Agentliyinin (İLNA) məlumatına görə ...

2101668
İran bu körpünün tikintisi üçün Çinlə müqavilə bağladı

 

  İran Fars körfəzindəki Qeşm adasını materiklə birləşdirəcək körpünün tikintisi üçün Çinlə müqavilə imzalayıb.

  İran Tələbələr Xəbər Agentliyinin (İLNA) məlumatına görə, İran Azad Zonalar Ali Şurasının sədri Höccət Əbdülməki Qeşm adasını materiklə birləşdirəcək 3 kilometr yarımlıq körpünün tikintisi üçün çinlilərlə razılaşdıqlarını bildirib. O, “Fars körfəzi körpüsü”nün tikintisi ilə bağlı deyib: "Çinin podratçı şirkətlərilə danışıqlar aparılıb. 3 ilə tamamlanması planlaşdırılan Fars körfəzi körpüsü İran və Çinin ortaq sərmayəsilə tikiləcək.

  Təxminən 700 milyon dollar investisiya dəyəri olan körpünün tikintisinin 18 faizi artıq tamamlanıb. Körpünün tikintisində İnqilab Mühafizləri Ordusuna bağlı “Hatemul Enbiya” inşaat qərargahı da maraqlı tərəflərdən biridir.

  Sərbəst ticarət zonası olan adanı quruya bağlayacaq körpünün tamamlanması ilə iqtisadiyyata və turizmə töhfə veriləcək”.

  Qeyd edək ki, Fars körfəzi ilə Hörmüz boğazının kəsişməsində yerləşən Qeşm adasını materiklə birləşdirəcək 3,5 kilometr uzunluğunda və 32 metr enində olması planlaşdırılan Fars körfəzi körpüsünün tikintisinə ilk dəfə 2011-ci ildə sabiq prezident Mahmud Əhmədinejadın hakimiyyəti dövründə başlanılıb.



Әlaqәli Xәbәrlәr