Türkiye keçən il 70 ölkəyə ixracatda rekord qırdı

Türkiye Ticarət Nazirliyindən verilən yazılı açıqlamada Cümhuriyyətin 100-cü ildönümündə ixracatın 255,8 milyard dollarla rekord qırdığı xatırladılıb.

2095158
Türkiye keçən il 70 ölkəyə ixracatda rekord qırdı

Türkiye keçən il 70 ölkəyə ixracatda rekord qırdı.

Ticarət Nazirliyindən verilən yazılı açıqlamada Cümhuriyyətin 100-cü ildönümündə ixracatın 255,8 milyard dollarla rekord qırdığı xatırladılıb.

Açıqlamada 2002-ci ildə qlobal ixracın payının 0,55 faiz olduğu, bu payın 2022-ci ildə 1,02 faiz, 2023-cü ilin sentyabr ayının sonunda isə 1,06 faizə yüksəldiyi bildirilib.

Açıqlamada keçən il 240-dan çox ölkəyə və gömrük məntəqələrinə 12 min 886 məhsulun çatdırıldığı və bu ölkədən 70-nə tarixin ən yüksək ixracının həyata keçirildiyi vurğulanıb.

“2023-cü ilin yanvar-noyabr dövründə ən mühüm ticarət tərəfdaşımız olan Avropa İttifaqı (Aİ) ölkələrinin idxalı 16,1 faiz azalarkən, ölkəmizin Aİ-yə ixracı  2023-cü ildə keçən il ilə müqayisədə 1,2 faiz artaraq 104,3- milyard dollara çatıb. 

Açıqlamada son dövrlər ticarət və iqtisadi əlaqələrin artdığı Yaxın və Orta Şərq bölgəsinə ixracın ötən il 2,2 faiz artaraq 46,2 milyard dollara çatdığı bildirilərək, Türk respublikalarına ixracın isə keçən il 26,9 faiz artımla 10,2 milyard dollara çatdığı və tarixi rekord qırıldığı ifadə edilib. 

Açıqlamada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrə ixracatın isə keçən il 3,68 faiz artaraq 67,3 milyard dollara çatdığı və yeni rekordun qırıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr