"TDT-na üzv ölkələr arasında ticarət dövriyyəsində ciddi artım olub", Ö.Bolat

Türkiyenin ticarət naziri Ömər Bolat son illərdə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında ticarət dövriyyəsində ciddi artım olduğunu bildirib.

2092404

“Üzv ölkələr arasında ticarət 2022-ci ildəki 33 milyard dollardan 2023-cü ildə 42 milyard dollara yüksəldi”, -deyə nazir qeyd edib.

Ö.Bolat İstanbulda keçirilən Türk Dövlətləri Rəqabət Şurasının ilk iclasında çıxışı zamanı deyib:

"Üzv ölkələr arasında ticarət 2022-ci ildəki 33 milyard dollardan 2023-cü ildə 42 milyard dollara yüksəldi. Bu, üzv ölkələrin dünyaya ümumi ixracının kiçik bir hissəsini təşkil edir". 

Türk Dövlətləri Təşkilatı Rəqabət Şurasının rəsmi olaraq yaradıldığını qeyd edən Ö.Bolat bu şuranın iqtisadi əlaqələr, ticarət əlaqələri, istehsalat sahəsində məlumat və təcrübə mübadiləsi, dünyada baş verən prosesləri izləmək baxımından çox mühüm bir missiyanı üzərinə götürəcəyini bildirib.

Ömər Bolat "Rəqabət Qurumumuz inkişaf etməkdə olan ölkələrdə rəqabət mədəniyyətinin və anlayışının yayılması və institusionallaşmanın qurulması baxımından mühüm fəaliyyətlər həyata keçirir. Ticarət Nazirliyi olaraq bütün bu inkişafları təqdirlə izləyir və dəstəkləyirik" deyib.

Әlaqәli Xәbәrlәr