Alparslan Bayraktar BƏƏ-nin investisiya naziri ilə görüşüb

Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri Məhəmməd Həsən es-Suveydi ilə görüşüb.

2092389
Alparslan Bayraktar BƏƏ-nin investisiya naziri ilə görüşüb

Türkiyenin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri Məhəmməd Həsən es-Suveydi ilə görüşüb və iki ölkənin enerji sahəsində əməkdaşlıq üçün yol xəritəsini müzakirə edib.

A.Bayraktar səfərilə bağlı "X" sosial media hesabında paylaşım edib.

"Görüş zamanı ötən il iki ölkə arasında imzalanmış enerji sazişlərinin konkretləşdirilməsi üçün izləniləcək yol xəritəsi müzakirə edilib. Biz enerji sahəsində yeni layihələrlə əlaqələrimizi gücləndirəcək və regional əməkdaşlığımızı daha da irəli aparacağıq" deyə A.Bayraktar qeyd edib.



Әlaqәli Xәbәrlәr