THY Melburn şəhərinə uçuş həyata keçirəcək

Dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən "Türk Hava Yolları" (THY) uçuş şəbəkəsinə Avstraliyanın Melburn şəhərini də daxil edib.

2090868
THY Melburn şəhərinə uçuş həyata keçirəcək

Dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən "Türk Hava Yolları" (THY) uçuş şəbəkəsinə Avstraliyanın Melburn şəhərini də daxil edib.

THY Mətbuat Xidmətindən verilən məlumata görə, bu günə qədər 5 qitədə 129 ölkə və 345 istiqamətə uçan THY sərnişinlərinə uçuşlara başlayacağı 6-cı qitədni tanıtmağa hazırlaşır.

THY 15 mart tarixindən etibarən 130 ölkədə 346-cı istiqaməti olan Melburna həftədə 3 uçuş həyata keçirəcək.

THY Sinqapur vasitəsilə həyata keçiriləcək uçuşlar ilə Melburn hava limanına uçan yeganə Avropa hava yolu şirkəti olacaq.

Bilet satışının 19 yanvar-15 aprel tarixləri arasında həyata keçirilməsi şərti ilə, İstanbuldan Melburna səyahət 15 mart-15 may tarixləri arasında 1199 ABŞ dollarından, Melburndan İstanbula isə 1499 Avstraliya dollarından başlayan xüsusi giriş qiymətləri ilə mümkün olacaq.

Viktoriya əyaləti və Melburn Hava Limanı tərəfindən dəstəklənən yeni marşrut sayəsində THY Viktoriyanın ən böyük ticarət mərkəzlərindən birinə uçaraq Türkiyeni Avstraliyanın ən böyük türk icması və ən sürətlə inkişaf edən əyaləti ilə birləşdirəcək.

THY-nın yeni uçuşları Melburnun İstanbul üzərindən Avropa, Orta Şərq, Balkan və Afrika bazarlarına çıxışını da artıraraq, turizm, beynəlxalq təhsil, biznes və ticarət potensialına töhfə verəcək.



Әlaqәli Xәbәrlәr