Türkiyə çayı 2023-cü ildə nə qədər qazanıb?

Şərqi Qaradəniz İxracatçılar Birliyinin məlumatına görə ...

2088082
Türkiyə çayı 2023-cü ildə nə qədər qazanıb?

 

  Türkiyə 2023-cü ildə Belçika başda olmaqla, 120 ölkəyə çay satışından 25 milyon 388 min 621 dollar qazanıb.

  Şərqi Qaradəniz İxracatçılar Birliyinin məlumatına görə, keçən il 120 ölkəyə, muxtar və sərbəst bölgələrə Türkiyə çayı satılıb.

  Əvvəlki il 22 milyon 808 min 351 dollar olaraq qeyd edilən Türkiyə çayının ixracat gəliri 2023-cü ildə 11 faiz artaraq 25 milyon 388 min 621 dollara çatıb.

  İxracatı hər il artan Türkiyə çayına ən çox tələbat Belçika, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarından gəlib. Ötən il Belçikaya 8 milyon 189 min 149 dollar dəyərində türk çayı satılıb. Bu ölkəyə çay ixracından əldə edilən gəlir 4 milyon 168 min 419 dollar qazanılan 2022-ci ilə nisbətən 96 faiz artıb.

  Belçikadan sonra 3 milyon 231 min 926 dollarla Böyük Britaniya və 2 milyon 780 min 540 dollarla ABŞ gəlir.

  Türkiyə 2023-cü ildə əvvəlki illərdən fərqli olaraq Polşa, Slovakiya, Dubay, Braziliya, Antiqua və Bermuda, Qabon, San-Tome və Prinsipi, Uruqvay, Portuqaliya, Dominika, Dominikan Respublikası, Toqo, Latviya, Ruanda və Zambiyaya da çay satıb.



Әlaqәli Xәbәrlәr