"Biz Avropada birinciyik", V.Putin

Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatını dəyərləndirərkən deyib ...

2087441
"Biz Avropada birinciyik", V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatını dəyərləndirərkən "Almaniyanı geridə qoyub, dünyada beşinci yerə yüksəldik. Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya – biz Avropada birinciyik" dedi.

  Rusiyanın Xabarovsk şəhərində iştirak etdiyi toplantıdakı çıxışında V.Putin bunları söyləyib: “Rusiya Mərkəzi Bankı zamanla faiz dərəcəsini aşağı salacaq.

  Xarici ölkələr Rusiyaya təzyiq göstərir. Görünür, bizi hər tərəfdən boğmağa çalışırlar. Bununla belə, biz Avropanın ən böyük iqtisadiyyatıyıq. Biz Almaniyanı geridə qoyub, dünyada beşinci yerə yüksəldik. Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya - biz Avropada birinciyik.

  Rusiyanın alıcılıq qabiliyyəti paritetinə görə bütün Avropanı geridə qoyub.

  Adambaşına düşən milli gəlir baxımından daha çox çalışmalıyıq.

  Görüləcək işlər çoxdur”.

 



Әlaqәli Xәbәrlәr