Türkiyədə küləkdən elektrik istehsalında rekord qırıldı

“X” sosial media platformasındakı paylaşımında A.Bayraktar bunları yazıb ...

2086915
Türkiyədə küləkdən elektrik istehsalında rekord qırıldı

  Türkiyədə küləkdən elektrik istehsalında rekord qırılıb.

  Ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin 2024-cü ilin 7 yanvarında 28 faizlə küləkdən qeydə alınan ən yüksək elektrik enerjisi istehsalına nail olduqlarını bildirib.

  “X” sosial media platformasındakı paylaşımında A.Bayraktar bunları yazıb: "Gündən-günə artan bərpa olunan quraşdırılmış gücümüzlə yeni rekordlar qırırıq. 7 yanvar 2024-cü ildə 28 faizlə küləkdə qeydə alınan ən yüksək elektrik enerjisi istehsal sürətinə çatdıq."

  Qeyd edək ki, Türkiyənin külək enerjisindən elektrik istehsalı yanvarın 7-də 218 meqavat saatla bütün zamanların ən yüksək həddinə çatıb. Küləyin ümumi elektrik enerjisi istehsalındakı payı 28 faiz olub. Türkiyədə bütün mənbələrdən istehsal olunan elektrik enerjisi isə 778,5 meqavat saat təşkil edib.

  Xatırladaq ki, küləkdən elektrik istehsalında son rekord 2023-cü il aprelin 3-də 203 min 69 meqavat saat olaraq qeydə alınmışdı.



Әlaqәli Xәbәrlәr