Türkiye avtomobil sənayesinin ixracında artım

Türkiye avtomobil sənayesi keçən il 13 faiz artımla 35 milyard 4 milyon 230 min dollarlıq ixracla bütün zamanların rekordunu qırdı.

2086426
Türkiye avtomobil sənayesinin ixracında artım

İxracda keçən il 35 milyard dollara çataraq rekord qıran Türkiye avtomobil sənayesinin 1 milyard dollar və daha çox satış reallaşdırdığı 9 ölkə arasında Almaniya, Fransa və İngiltərə ilk yerləri tutublar. 

2022-ci ili 30 milyard 995 milyon 808 min dollar ixracla bağlayan Türkiye avtomobil sənayesi keçən il 13 faiz artımla 35 milyard 4 milyon 230 min dollarlıq ixracla bütün zamanların rekordunu qırdı.

Ötən ili ölkə ixracatında lider olaraq tamamlayan avtomobil sənayesi Türkiyenin xarici satışlarında 15,8 faiz paya sahib olub.

Sektorun əsas bazarı Almaniya ilk yerini qoruyub. 2022-ci ildə 4 milyard 379 milyon 321 min dollar olan Almaniyaya ixracat, keçən il 10,8 faiz artaraq 4 milyard 854 milyon 81 min dollar olub. Almaniyanın Türk avtomobil sənayesi ixracatındakı payı 13,86 faiz olaraq qeydə alınıb. 

Almaniyanı 32,5 faiz artımla Fransa izləyib. 2022-ci ildə 3 milyard 250 milyon 139 min dollar ixrac edilən Fransaya 2023-cü ildə 4 milyard 307 milyon 717 min dollarlıq məhsul satılıb.

İngiltərə 0,8 faiz artım və 3 milyard 295 milyon 479 min dollarla üçüncü ölkə, İtaliya isə 21,5 faiz artım və 3 milyard 138 milyon 171 min dollarla  ən çox ixrac edilən dördüncü ölkə olub.

İspaniya ən çox ixrac edilən ölkələr sırasında beşinci yerdədir. 2022-ci ildə 1 milyard 816 milyon 163 min dollar ixrac reallaşdırılan İspaniyaya ötən il 2 milyard 439 milyon 507 min dollarlıq satış olub.

Polşa 21,3 faiz artımla 1 milyard 763 milyon 252 min dollarla 6-cı, Sloveniya 21,1 faiz artımla 1 milyard 354 milyon 810 min dollarla 7-ci, Belçika 13,4 faiz artımla 1 milyard 324 milyon 394 min dollarla  8-ci, ABŞ 29 faiz azalma və 1 milyard 17 milyon 473 min dollarla 9-cu yerdə qərarlaşıb.

Rusiya 41,7 faiz artım və 993 milyon 72 min dollarlıq avtomobil ixracı ilə 10-cu yeri tutub.



Әlaqәli Xәbәrlәr