Antalyaya hava yolu ilə gələn turist sayı 16 milyonu keçib

2023-cü ildə Antalyaya hava yolu ilə 16 milyon 84 min 737 turist gəlib.

2086288
Antalyaya hava yolu ilə gələn turist sayı 16 milyonu keçib

2023-cü ildə Antalyaya hava yolu ilə 16 milyon 84 min 737 turist gəlib.

Türkiyenin Mədəniyyət və Turizm Nazirliyindən verilən açıqlamaya görə, məşhur turizm mərkəzlərindən biri olan Antalya ötən il turist sayında bütün zamanların rekordu qırıb.

2023-cü ildə Antalyaya beynəlxalq reyslərdən 15 milyon 689 min 258 turist, müxtəlif hava limanlarından transferlərlə 395 min 479 sərnişin gəlib.

Belə ki, 2023-cü ildə Antalyaya hava yolu ilə 16 milyon 84 min 737 turist gəlib.

Ölkələr miqyasında nəzər salsaq, Antalyaya ən çox turistin gəldiyi ölkə Rusiya olub.

Rusiyanı Almaniya, İngiltərə, Polşa, Hollandiya, Qazaxıstan, Rumıniya, Çexiya, İsrail və Ukrayna izləyib.



Әlaqәli Xәbәrlәr