2023-cü ildə Türkiyənin taxıl və paxlalı məhsul ixracatı nə qədər olub?

Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatına görə ...

2085331
2023-cü ildə Türkiyənin taxıl və paxlalı məhsul ixracatı nə qədər olub?

 

  Türkiyə 2023-cü ildə 12,4 milyard dollar dəyərində taxıl və paxlalı məhsul ixrac edib.

  Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatına görə, taxıl, paxlalı, yağlı bitkilər və məhsullar sektoru 2023-cü ildə 213 ölkə və sərbəst zonaya 14 milyon 673 min 959 ton məhsul satıb.

  Göndərdiyi məhsullar müqabilində 12 milyard 380 milyon 538 min dollar gəlir əldə edən sektorun ixracatı 2023-cü ilə nisbətən kəmiyyətcə 36, dəyər baxımından isə 8 faiz artıb.

  Sektor 4 milyard 617 milyon 524 min dollarla ən çox ixracatı Yaxın Şərq ölkələrinə edib. Yaxın Şərqdən sonra 2 milyard 787 milyon 329 min dollarla Afrika və 1 milyard 630 milyon 585 min dollarla Avropa gəlir.

  Ölkələr üzrə İraq 2 milyard 123 milyon 367 min dollarla birinci, ABŞ 680 milyon 769 min dollarla ikinci, İran isə 463 milyon 143 min dollarla üçüncüdür.   



Әlaqәli Xәbәrlәr