Tesla Çində satdığı 1,6 milyon avtomobilini geri çağırıb

Amerikanın elektrikli avtomobil istehsalçısı Teslanın avtomatik sükan funksiyasında yaranan problemə görə Çində satdığı 1,6 milyon elektrik avtomobilini geri çağırdığı bildirilir.

2085079

Çin Dövlət Bazar Tənzimləmə İdarəsi tərəfindən verilən açıqlamaya görə, avtomatik sükan funksiyası işə salındıqda sürücülərin onu əl ilə idarə etməklə birlikdə istifadə edərək sükan idarəetməsində xətalara səbəb olduğu bildirilib.
Şirkət qəzalara səbəb ola biləcək problemi aradan qaldırmaq üçün xaricdən gətirilən 1,6 milyon “Model X”, “Model S”, “Model 3” və “Model Y” elektrik avtomobillərini geri çağırıb.
Bildirilib ki, Teslanın Pekin və Şanxaydakı mərkəzlərindən proqram yeniləmələri vasitəsilə uzaqdan düzəlişlər edilə bilər.
Digər tərəfdən, 26 oktyabr 2022-ci il və 16 oktyabr 2023-cü il tarixləri arasında istehsal olunanlar
7 min 538 “Model S” və “Model X” elektrikli avtomobil də qəza zamanı avtomatik qapı kilidlərinin açılmasına səbəb olan nasazlığa görə geri çağırılıb.
Sözügedən xəta uzaqdan proqram təminatı yeniləmələri ilə də düzəldiləcək.

Әlaqәli Xәbәrlәr