2023-cü ildə Trabzondan 59 ölkəyə fındıq ixrac edilib

Şərq Qara dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin sədr müavini Sebahattin Arslantürk 2023-cü ildə Türkiyedən 284 min 141 ton fındıq ixrac edildiyini və vu ixracdan 1 milyard 866 milyon 735 min 417 dollar gəlir əldə edildiyini deyib.

2083659
2023-cü ildə Trabzondan 59 ölkəyə fındıq ixrac edilib

Ötən il Trabzondan 59 ölkəyə fındıq ixrac edilib.
Şərq Qara dəniz Fındıq və Məmulatları İxracatçıları Birliyinin sədr müavini Sebahattin Arslantürk verdiyi açıqlamada 2023-cü ildə Türkiyedən 284 min 141 ton fındıq ixrac edildiyini və vu ixracdan 1 milyard 866 milyon 735 min 417 dollar gəlir əldə edildiyini deyib.
İxrac əməliyyatının 29 faizinin Trabzondan həyata keçirildiyi bildirilib. Bu ixracdan  531 milyon 17 min 330 dollar gəlir əldə edildiyi vurğulanıb.
Sebahattin Arslantürk ən çox ixracın İtaliya, Almaniya, Polşa, Fransa və Braziliyaya edildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr