Türkiyə qlobal mal ixracatında rekordunu yenilədi

Sosial media hesabından Dünya Ticarət Təşkilatının ixracla bağlı son məlumatlarını dəyərləndirən Ö.Polat yazıb ...

2082129
Türkiyə qlobal mal ixracatında rekordunu yenilədi

 

  Türkiyənin ticarət naziri Ömər Bolat ölkənin illik mal ixracatının 2023-cü ilin 9 aylıq dövründə 253,3 milyard dollara yüksəldiyini açıqlayıb.

  Sosial media hesabından Dünya Ticarət Təşkilatının ixracla bağlı son məlumatlarını dəyərləndirən Ö.Polat yazıb: “Türkiyə qlobal ixracatdan 1,06 faiz pay alaraq rekordunu qırdı. Türkiyənin payı artdı. Dünya Ticarət Təşkilatının açıqladığı son statistik məlumatlara görə, 2023-cü ilin yanvar-sentyabr dövrünün sonunda illik məhsul ixracımız 253,3 milyard dollara yüksəldi. Türkiyə qlobal ixracda 1,06 faiz pay aldı və bununla da rekordunu yenilədi. 2022-ci ilin sonunda ölkəmizin ixracatının qlobal ixracatdakı payı 1,02 faiz idi. İnşaallah, bu gözəl xəbərlərin davamının gəlməsi arzuları ilə."



Әlaqәli Xәbәrlәr