“2024-cü ildə Türkiyədə təbii qaz mərkəzi yaradılacaq”, A.Novak
A.Novak Rusiyanın “Rossiya 24” dövlət kanalına müsahibəsində enerji sektorunda baş verən proseslərlə bağlı deyib ...

Rusiya baş nazirinin müavini Aleksandr Novak 2024-cü ildə Türkiyədə təbii qaz mərkəzinin yaradılmasını gözlədiklərini bildirib.
A.Novak Rusiyanın “Rossiya 24” dövlət kanalına müsahibəsində enerji sektorunda baş verən proseslərlə bağlı deyib: “Avropadakı hadisələr enerji sektoruna da təsir göstərib.
2021-ci ildən bəri Avropada təbii qaz istehlakı 100 milyard kubmetrdən çox azalıb. İstehsalın 2021-ci ildəki 609 milyard kubmetrdən yeni ildə 490 milyard kubmetrə qədər azalacağı gözlənilir.
Rusiya enerji sektorunun stabil işləməyə davam edir və büdcəyə töhfə verir. Maliyyə nazirliyimizin hesablamalarına görə, 2024-cü ildə neft və təbii qaz gəlirləri təxminən 9 trilyon rubl, yəni təxminən 98 milyard dollar olacaq ki, bu da 2021-ci il səviyyəsinə yaxındır”.
Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı da danışan Rusiya baş nazirinin müavini Novak bunları söyləyib: "Tərəfdaşlarımızla uyğun yol xəritəsi hazırlamaq barədə razılığa gəldik ki, bu yaxınlarda təsdiqlənəcək. Biz sözügedən yol xəritəsi çərçivəsində layihənin icrasına başlayacağıq. Türkiyəli tərəfdaşlarımız təcrübələrimizlə tanış olmaq üçün yaxın vaxtlarda Sankt-Peterburqa səfər edəcəklər. Bunun Türkiyədə elektron platforma və mərkəzin yaradılmasında faydalı olacağına əminəm. Layihənin 2024-cü ildə başlayacağına ümid edirik".
ABŞ-ın sanksiya siyahısına daxil edilən Rusiyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) layihələrindən biri olan “Arctic LNG 2” isə 2024-cü ilin ilk rübündə başlayacaq”.
Әlaqәli Xәbәrlәr

"Prodekspo-2025" sərgisində Türkiyənin fındığı təqdim edilib
Rusiyada keçirilən "Prodekspo-2025" sərgisində Türkiyənin fındığı təqdim edilib.

Mehmet Şimşək Dubayda investorlarla görüşəcək
Nazir Dubay səfəri çərçivəsində investorlarla həm geniş iştiraklı, həm də fərdi görüşlər keçirəcək