Qabar dağında gündəlik neft hasilatı

Türkiyenin Şırnakı vilayəti ərazilərində yerləşən Qabar dağında gündəlik neft hasilatı 30 min bareli keçib.

2079381
Qabar dağında gündəlik neft hasilatı
alparslan bayraktar-gencler.jpg
gabar-petrol uretimi.jpg

Türkiyenin Şırnakı vilayəti ərazilərində yerləşən Qabar dağında gündəlik neft hasilatı 30 min bareli keçib.

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar paytaxt Ankarada gənclərlə görüşərək Qara dəniz təbii qazından Qabar neftinə qədər bir çox mövzuda sualları cavablandırıb.

A.Bayraktar yaxın 30 ildə Türkiyeni enerjidə xaricə asılılıqdan xilas etməyi hədəflədiklərini bildirib.

Cümhuriyyət tarixində ən böyük təbii qaz kəşfinin 21 avqust 2020-ci ildə Qara dənizdəki Sakarya qaz yatağında edildiyini xatırladan nazir Bayraktar bu yer tam hasilata keçəndə Türkiyenin ehtiyacının 25-30 faizini ödəyə biləcəyini bildirib.

Bayraktar Qabarda kəşf edilən neftə toxunaraq deyib:

"Bu gün gündəlik hasilatımız 30 min bareli keçib. Qabar kimi biz də öz quru sərhədlərimiz daxilində təbii qazda müxtəlif yataqları kəşf edərək Türkiyenin bu sahədə xarici asılılığına son qoyacağıq".



Әlaqәli Xәbәrlәr