Türkiyə 19 kənd təsərrüfatı məhsulu istehsalında ilk 4-lükdə

Türkiyə Əkinçilik Palataları Birliyinin (TZOB) sədri Şəmsi Bayraktar Həcm, İnvestisiya və Türkiyə Malları Həftəsi ilə bağlı verdiyi açıqlamada bildirib ...

2077540
Türkiyə 19 kənd təsərrüfatı məhsulu istehsalında ilk 4-lükdə

 

  Türkiyə 19 kənd təsərrüfatı məhsulu istehsalında dünyada ilk 4-cü yerdədir.

  Türkiyə Əkinçilik Palataları Birliyinin (TZOB) sədri Şəmsi Bayraktar Həcm, İnvestisiya və Türkiyə Malları Həftəsi ilə bağlı verdiyi açıqlamada BMT-nin məlumatına görə, 2022-ci ildə dünyada təxminən 783 milyon insanın aclıqla mübarizə apardığını söyləyərək deyib: “Qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyilə əlaqədar 2050-ci ildə taxıl qiymətlərində 29 faizə qədər artım olacağı təxmin edilir. Bu halda dünyada daha milyonlarla adam aclıq riski ilə üzləşəcək.

  Türkiyənin qlobal kənd təsərrüfatı istehsalındakı mövqeyi isə belədir: dünyada 19 kənd təsərrüfatı məhsulu istehsalında ilk 4-lükdəyik. Ölkəmiz bir çox kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz məhsulları başda olmaqla fındıq, albalı, əncir, ərik və heyva istehsalında birinci, alma, püstə, qarpız, bostan, xiyar və keçiboynuzu istehsalına görə dünyada ikinci, naringi, çiyələk, armud və albalı istehsalına görə isə üçüncü yeri tutur. Bir çox başqa məhsullar üzrə dünya istehsalında Türkiyə ilk 10-luqdadır. Fındıq, quru ərik, quru əncir və noxud ixracatında isə lider mövqedəyik”.

  2023-cü ilə qədər bal, ət və süd məhsulları, meyvə-tərəvəz, göbələk, pendir, tütün, kərə yağı və digər yağ kateqoriyalarında ümumi 452 coğrafi işarəli kənd təsərrüfatı məhsulu var. Bunlardan 15-i Avropa İttifaqından (Aİ) qeydiyyatdan keçib.”



Әlaqәli Xәbәrlәr