Türkiyədə sənaye istehsalı 2023-cü ilin oktyabr ayında

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü il oktyabr ayı sənaye istehsalı indeksi nəticələrini açıqlayıb

2075084
Türkiyədə sənaye istehsalı 2023-cü ilin oktyabr ayında

 

  Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü il oktyabr ayı sənaye istehsalı indeksi nəticələrini açıqlayıb. Buna əsasən, sənaye istehsalı oktyabr ayında bir əvvəlki ilin eyni ayına görə 1,1 artıb.

  Oktyabr ayında mədənçıxarma və daş karxanası sektoru indeksi 2022-ci ilin eyni ayına görə 3,7, emal sənayesi indeksi 1,3, elektrik, qaz, buxar və kondisioner istehsalı ilə paylama sektoru indeksi isə 3,5 faiz çoxalıb.

  Həmçinin oktyabr ayında mədənçıxarma və daş karxanası sektoru indeksi sentyabra görə 3,2 faiz artıb, amma emal sənayesi indeksi 0,3, elektrik, qaz, buxar və kondisioner istehsalı ilə paylama sektoru indeksi isə 2,3 azalıb.



Әlaqәli Xәbәrlәr