“100 ən yaxşı müdafiə sənayesi şirkəti” siyahısında 4 Türkiyə şirkəti

SİPRİ 2022-ci ildə ən çox silah və hərbi sursat satan 100 ən yaxşı müdafiə sənayesi şirkətini açıqlayıb ...

2072446
“100 ən yaxşı müdafiə sənayesi şirkəti” siyahısında 4 Türkiyə şirkəti

 

  Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) “100 ən yaxşı müdafiə sənayesi şirkəti” siyahısına 4 Türkiyə şirkəti daxil olub.

  SİPRİ 2022-ci ildə ən çox silah və hərbi sursat satan 100 ən yaxşı müdafiə sənayesi şirkətini açıqlayıb.

  2018-ci ildən bəri olduğu kimi, siyahının başında yenə 5 ABŞ şirkəti – “Lockheed Martin”, “Raytheon Technologies”, “Northrop Grumman”, “Boeing” və “General Dynamics” var.

  2022-ci ildə “100 müdafiə sənayesi şirkəti” siyahısına 4 Türkiyə şirkəti daxil olub: ASELSAN (Hərbi Elektronika Sənayesi) 60, “Baykar” 76, Türkiyə Hava və Kosmik Sənayesi 82, “Roketsan” isə 100-cü yerdə qərarlaşıb.

  Türkiyə hərbi sənaye şirkətlərinin ümumi gəlirləri 2022-ci ildə 2021-ci ilə nisbətən 22 faiz artaraq 5,5 milyard dollara çatıb.



Әlaqәli Xәbәrlәr