Türkiyenin ixrac həcmində artım qeydə alınıb

Bu barədə Türkiyenin ticarət naziri Ömər Bolat məlumat verib.

2071718
Türkiyenin ixrac həcmində artım qeydə alınıb

Türkiyenin ixrac  həcmi  noyabr ayında  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2% artıb.

Bu barədə Türkiyenin ticarət naziri Ömər Bolat məlumat verib.

"Noyabr ayında ixracımız keçən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 23 milyard 11 milyon dollara çatıb. Beləliklə, iyul, avqust, sentyabr və oktyabr aylarında olduğu kimi rekorda imza atdıq.Yanvar-noyabr ayları arasında 233 milyard dollar məbləğində ixrac əməliyyatı həyata keçirilib'',-deyə Ömər Bolat vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr