Türkiyenin ixracı oktyabr ayında artım göstərib

Türkiyenin ixracı oktyabr ayında bir əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 7,4 faiz artaraq 22 milyard 871 milyon dollara çatıb.

2070393
Türkiyenin ixracı oktyabr ayında artım göstərib

Türkiyenin ixracı oktyabr ayında bir əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 7,4 faiz artaraq 22 milyard 871 milyon dollara çatıb.

Türkiye Statistika Təşkilatı və Ticarət Nazirliyi ilə birgə hazırlanan oktyabr ayı üzrə müvəqqəti xarici ticarət məlumatları açıqlanıb.

Buna görə, 2023-cü ilin oktyabr ayında ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,4 faiz artaraq 22 milyard 871 milyon dollara, idxal isə 0,6 faiz artaraq 29 milyard 390 milyon dollara çatıb.

Ümumi ticarət sisteminə görə, 2023-cü ilin yanvar-oktyabr dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 209 milyard 904 milyon dollara, idxal isə 1,1 faiz artaraq 303 milyard 821 milyon dollara çatıb. 

Almaniya oktyabr ayında ixracatda birinci yeri tutub.

Almaniyaya ixracat 1 milyard 763 milyon dollar olarkən, bu ölkəni 1 milyard 322 milyon dollarla İraq, 1 milyard 254 milyon dollarla Amerika Birləşmiş Ştatları, 1 milyard 115 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri, 1 milyard 110 milyon dollarla İtaliya izləyib. İlk 5 ölkəyə edilən ixracat ümumi ixracın 28,7 faizini təşkil edib.



Әlaqәli Xәbәrlәr