Dünyada yeganə üzən AES-ə ilk yanacaq doldurulmasına başlanıldı

Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”dan verilən məlumata görə ...

2069333
Dünyada yeganə üzən AES-ə ilk yanacaq doldurulmasına başlanıldı

 

  Dünyada yeganə üzən atom elektrik stansiyasının ilk yanacaq doldurulmasına başlanılıb.

  Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom” Rusiyanın şərqindəki Çukotka vilayətinin Pevek şəhərində yerləşən dünyada yeganə üzən Akademik Lomonosov adına Atom Elektrik Stansiyasına nüvə yanacağı tədarükünün başladığını bildirib.

  Şirkətdən verilən məlumata görə, yanacaq paketləri “Rosatom”un yanacaq şirkəti TVEL-ə daxil olan Maşinostroitelnı Zavodu Səhmdar Cəmiyyəti tərəfindən istehsal edilib.

  Xüsusi konteynerlərdə Şimal dəniz yolu ilə Pevek limanına aparılan yanacaq bağlamaları Akademik Lomonosov adına Atom Elektrik Stansiyasına təhvil verilib.

  Təzə yanacaq paketləri şirkətin “Rosenergoatom Concern” səhmdar şirkətinin mütəxəssisləri tərəfindən üzən AES-in dirək tərəfindəki iki reaktorundan birinə yüklənib.

  Birbaşa su üzərində aparılan yanacaqdoldurma prosesinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

  Stansiyada digər reaktorun nüvə yanacağı ilə təchizatı 2024-cü ildə başa çatdırılacaq.



Әlaqәli Xәbәrlәr