Mehmet Nuri Ersoy: "Ölkəmizi 45,2 milyon nəfər ziyarət edib"

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy cari ilin yanvar-sentyabr aylarında Türkiyeyə gələn turist sayının 45,2 milyon nəfər olduğunu açıqlayıb.

2064777

Nazir Ersoy Türkiye Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında nazirliyinin 2024-cü il büdcəsinin təqdimatında Türkiyenin bütün dünya tərəfindən qəbul edilən bir turizm ölkəsi olduğunu, turizmdə uğurun ilk addımının da təşviqat yolu ilə mümkün olduğunu deyib.

Keçən il Türkiyeni 51,4 milyon insanın ziyarət etdiyini xatırladan Ersoy deyib:

"2023-cü ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin sayı 45,2 milyon nəfər olub. Turist sayında olduğu kimi, turizm gəlirləri də artmaqdadır. Adambaşına düşən gecəlik gəlir 2022-ci ildə 89 dollara, 2023-cü ilin ilk 9 ayında 100 dollara yüksəlib. 

Bu, 2017-ci illə müqayisədə 55 faiz artım deməkdir. Turizm gəlirimiz ilk 9 ayda 42 milyard dollar oldu və bu, Orta Müddətli Plan hədəfi olan 55,6 milyard dollar ilə də uyğundur" .

Әlaqәli Xәbәrlәr