G7 ölkələri Rusiyaya qarşı ciddi iqtisadi sanksiyaları davam etdirəcək

G7 ölkələrinin xarici işlər nazirləri Ukraynaya güclü dəstəyi və Rusiyaya qarşı ciddi iqtisadi sanksiyaları davam etdirmək barədə razılığa gəliblər.

2061793

Yaponiyanın paytaxtı Tokioda G7 ölkələrinin xarici işlər nazirlərinin bu il sayca ikinci görüşü davam edir.

Yaponiyanın xarici işlər naziri Kamikava Yokonun sədrliyi ilə keçirilən iclasda ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirləri iştirak edir.

İclas çərçivəsində baş tutan "Ukrayna" sessiyasında G7 ölkələrinin xarici işlər nazirləri Ukraynaya güclü dəstəyi və Rusiyaya qarşı ciddi iqtisadi sanksiyaları davam etdirmək barədə razılaşıblar.

Nazirlər 2022-ci ilin fevralından bəri Rusiyanın hücumlarına məruz qalan Ukraynanın orta və uzunmüddətli yenidən qurulması üçün səylərin artırılacağını təsdiqləyiblər.

Әlaqәli Xәbәrlәr