Türkiye ilə Küveyt arasında ticari əməkdaşlıq imkanları inkişaf edir

Ticarət naziri Ömər Bolat ilin ilk 10 ayı etibarilə Türkiyenin Küveytə ixracının 575 milyon dollar, qarşılıqlı ticarət həcminin isə 680 milyon dollar olduğunu bildirib.

2061540

Küveytdə Ticarət Nazirliyinin koordinasiyasında Türkiye İxracatçılar Məclisi (TİM) və İstanbul Tekstil və Hazır Geyim İxracatçıları Birlikləri (İTKİB) tərəfindən təşkil edilən Türkiye-Küveyt Ticarət Nümayəndəliyi və ikitərəfli görüşlər keçirilib.

Toplantıda ticarət naziri Ömər Bolat, Küveytin sənaye və ticarət naziri Məhəmməd Osman əl-Ayban, Türkiyenin Küveytdəki səfiri Tuba Nur Sönməz, TİM sədri Mustafa Gültepe və iş adamları iştirak edib.

Tədbirin açılışında çıxış edən Bolat deyib:

"Cari ilin ilk 10 ayında Türkiyenin ixracı 575 milyon dollar, qarşılıqlı ticarət isə 680 milyon dollar səviyyəsindədir. Bunu qarşılıqlı danışıqlarla, yarmarkalarla, satınalma heyətləri proqramları, ümumi ticarət nümayəndələri və sektoral ticarət heyətləri proqramları ilə sürətlə artıracağıq".

Bolat həmçinin Küveyt dövləti ilə "Baykar" şirkəti arasında milli SİHA "Bayraktar TB2" ixrac müqaviləsi prosesinin uğurla tamamlandığını xatırladıb və türk iş adamlarının Küveytdə mühüm müqavilə uğurları əldə etdiyini bildirib.

Әlaqәli Xәbәrlәr