İstanbulu ziyarət edənlərin sayı açıqlanıb

İstanbul ilin 9 ayında 13 milyon 156 min 209 xarici ziyarətçi qəbul edib.

2060906
İstanbulu ziyarət edənlərin sayı açıqlanıb

İstanbul ilin 9 ayında 13 milyon 156 min 209 xarici ziyarətçi qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən yazılı açıqlamaya görə, sentyabr ayında İstanbula keçən ilin müavfiq ayı ilə müqasidə 1,55 faiz artımla 1 milyon 631 min 963 xarici ziyarətçi gəlib.

Sentyabr ayında İstanbulu ən çox ziyarət edən xarici turistlər 168 min 925 nəfərlə ruslar olub.

Rusiyadan sonra 119 min 681 nəfərlə Almaniya ikinci, İran 111 min 688 nəfərlə üçüncü, ABŞ 87 min 670 nəfərlə dördüncü yerdə qərarlaşıb.

Bu ölkələri 64 min 980 nəfərlə İngiltərə və 46 min 547 nəfərlə Fransa izləyib.

Ərəb ölkələri arasında sentyabr ayında İstanbula gələn xarici ziyarətçilərin sayına görə İraq birinci, Səudiyyə Ərəbistanı ikinci, Əlcəzair üçüncü, Mərakeş isə dördüncü yerdədir.

Mərakeşi İordaniya, Misir, Liviya və Küveyt izləyib.



Әlaqәli Xәbәrlәr