“… Beləliklə, tarixdə ən yüksək oktyabr dəyərinə çatdıq”, Ö.Bolat

Ö.Polat paytaxt Ankarada keçirilən mətbuat konfransında 2023-cü il oktyabr ayı xarici ticarət rəqəmlərini açıqlayıb ...

2060954
“… Beləliklə, tarixdə ən yüksək oktyabr dəyərinə çatdıq”, Ö.Bolat

 

 Türkiyənin ticarət naziri Ömər Bolat 2023-cü ilin oktyabr ayında ixracatın bir əvvəlki ilin eyni ayına görə 7,4 faiz artaraq 22 milyard 900 milyon dollara çatdığını bildirib və “Beləliklə, tarixdə ən yüksək oktyabr dəyərinə çatdıq” deyib.

  Ö.Polat paytaxt Ankarada keçirilən mətbuat konfransında 2023-cü il oktyabr ayı xarici ticarət rəqəmlərini açıqlayıb: “İxracatda iyul ayından başlayan aylıq artım avqust və sentyabr aylarında davam edib, oktyabrda yüksəlib. Oktyabr ayında ixracatımız 2022-ci ilin ilin eyni ayına görə 7,4 faiz artaraq 22 milyard 900 milyon dollara çatıb. Beləliklə, oktyabr ayında tarixin ən yüksək dəyərinə çatmışıq. İyulda ən yüksək iyul ayı, avqustda ən yüksək avqust ayı, sentyabrda ən yüksək sentyabr ayı, oktyabrda da ən yüksək oktyabr ayı ixrac rəqəmləriminə nail olduq. Bu ilin yanvar-oktyabr dövründə 210 milyard 100 milyon dollarlıq ixrac rəqəmi əldə edilib. Oktyabr ayı etibarilə son 12 ayda ixrac 0,7 faiz artaraq 254,8 milyard dollar olub. Beləliklə, 2022-ci ilin sonunda rekord göstərici olan 254,2 milyard dolları keçdik".



Әlaqәli Xәbәrlәr