“Türkiyəni elektrikli avtomobil və akkumulyator üzrə aparıcı oyunçularından biri edəcəyik”

Kocaeli rayonunun Gölcük qəsəbəsində keçirilən Ford Otosan Yeniköy Fabrikinin açılış mərasimində çıxışı zamanı Ərdoğan deyib ...

2060336
“Türkiyəni elektrikli avtomobil və akkumulyator üzrə aparıcı oyunçularından biri edəcəyik”

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni elektrikli avtomobil və akkumulyator istehsalında dünyanın aparıcı oyunçularından birinə çevirməyi hədəflədiklərini söylədi.

  Kocaeli rayonunun Gölcük qəsəbəsində keçirilən Ford Otosan Yeniköy Fabrikinin açılış mərasimində çıxışı zamanı Ərdoğan deyib: “5 ildə avtomobil istehsalında dünya sıralamasında 15-dən 13-cü yerə yüksəlməyimiz doğru istiqamətdə getdiyimizi göstərir.

  Ardıcıl qlobal böhranlara baxmayaraq, bu uğura nail olmuşuq. Keçən il avtomobil ixracatı 9 milyard dollardan çox xarici ticarət müsbət saldosu verib.

  Türkiyə olaraq avtomobil istehsalı bazarındakı texnoloji dəyişikliklərə sürətlə uyğunlaşaraq istehsal və ixrac gücünü qoruyub-saxlamaqda qərarlıyıq.

  Bütün dünyada olduğu kimi, Türkiyədə də elektriklə işləyən avtomobillərə maraq getdikcə artır.

  “Togg” yollara çıxdıqdan sonra sürətlə inkişaf edən elektrikli avtomobil bazarına sahib olmağa yönəlmişik. Məqsədimiz ölkəmizi elektrikli avtomobil və akkumulyator istehsalında dünyanın aparıcı oyunçularından biri etməkdir.

  Elektrik avtomobil akkumulyatorlarında artıq 70 gigavatsaat istehsal gücünə çatan bir ölkə olaraq ən geci 2030-cu ilə qədər Avropanın akkumulyator istehsal bazası olmaq istəyirik”.



Әlaqәli Xәbәrlәr