Türkiyənin ilk yerli və milli sürücüsüz metro vaqonları relslərdə

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin infrastruktur investisiyaları idarəsinin baş direktoru Yalçın Eyigün açılış mərasimdəki çıxışında deyib ...

2041477
Türkiyənin ilk yerli və milli sürücüsüz metro vaqonları relslərdə
ilk yerli ve milli surucusuz metro araci1.jpg
ilk yerli ve milli surucusuz metro araci.jpg

 

  Türkiyənin ilk yerli və milli sürücüsüz metrosunun vaqonları Gebze-Darıca xəttində relslərə qoyuldu.

  Kocaelidə 15,4 kilometr uzunluğunda ikiqat xətt olaraq inşa edilən Gebze OSB (Mütəşəkkil Sənaye Bölgəsi) - Darıca Sahil Metro Xətti üçün xüsusi olaraq hazırlanmış metro vasitəsi mərasimlə relslərə buraxıldı.

  Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin infrastruktur investisiyaları idarəsinin baş direktoru Yalçın Eyigün mərasimdəki çıxışında deyib: “Yerli sürücüsüz siqnal sistemini inkişaf etdirdik və Türkiyənin ilk yerli və milli sürücüsüz metrosunu istehsal etməyə nail olduq. Böyük daxili həcmi olan metro vasitəsi üçün 4 vaqonu birləşdirərək dəst hazırladıq. Sayı 7 dəst olacaq.”



Әlaqәli Xәbәrlәr