Şərqi Qaradənizin bal ixracı 2 milyon 101 min dollara çatıb

Türkiyenin Şərqi Qaradəniz bölgəsindən bal ixracatı yanvar-avqust ayları arasında 90 faiz artaraq 2 milyon 101 min dollara çatıb.

2038862
Şərqi Qaradənizin bal ixracı 2 milyon 101 min dollara çatıb

Türkiyenin Şərqi Qaradəniz bölgəsindən bal ixracatı yanvar-avqust ayları arasında 90 faiz artaraq 2 milyon 101 min dollara çatıb.

Şərqi Qaradəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bildirib ki, ilin 8 ayında Şərqi Qara dənizdən 734 ton bal ixrac edilib.

Gürdoğan sözügedən ixracdan 2 milyon 101 min dollar gəlir əldə edildiyini vurğulayaraq deyib:

"Ötən ilin eyni dövründə rayonumuzdan 1 milyon 105 min dollar dəyərində 451 ton bal ixrac edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Şərqi Qara dənizdən bal ixracı kəmiyyətcə 63 faiz, dəyər baxımından isə 90 faiz artıb".

Gürdoğan yanvar-avqust aylarında bölgədən ən çox balın Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixrac edildiyini bildirib:

"ABŞ-ı İsrail və Səudiyyə Ərəbistanı izlədi. Bu dövrdə bölgəmizdən ABŞ-a 1 milyon 2 min 62 dollar, İsrailə 378 min 786 dollar, Səudiyyə Ərəbistanına isə 200 min 134 dollar bal satılıb". 

Gürdoğan qeyd edib ki, ötən ilin eyni dövründən fərqli olaraq bölgədən İsrail, Səudiyyə Ərəbistanı, Almaniya, İordaniya və Azərbaycana da bal ixrac edilib.



Әlaqәli Xәbәrlәr