“Bu iqtisadi dəhlizin faydaları çox olacaq”, M.Salman

Hindistanda rəsmi səfərdə olan ərəb şahzadəsi Hindistanın baş naziri Narendra Modinin də iştirak etdiyi Səudiyyə Ərəbistanı-Hindistan İnvestisiya Forumunda çıxışı zamanı deyib ...

2036219
“Bu iqtisadi dəhlizin faydaları çox olacaq”, M.Salman

 

  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin digər ölkələrdəki tərəfdaşlar və qlobal iqtisadiyyat üçün müsbət təsirləri olacağını bildirib.

  Hindistanda rəsmi səfərdə olan ərəb şahzadəsi Hindistanın baş naziri Narendra Modinin də iştirak etdiyi Səudiyyə Ərəbistanı-Hindistan İnvestisiya Forumunda çıxışı zamanı deyib: "İqtisadi dəhliz ticari əlaqələri möhkəmləndirməklə ölkələrimizin ümumi maraqlarına xidmət edəcək. Bu, digər ölkələrdəki tərəfdaşlarımıza və ümumilikdə qlobal iqtisadiyyata müsbət təsir göstərəcək.

  İqtisadi dəhlizin faydaları çox olacaq. Biz beynəlxalq dəniz nəqliyyatında müsbət töhfələr görürük. Dəmir yolları və liman əlaqələri də daxil olmaqla infrastrukturu inkişaf etdiriləcək. Malların və xidmətlərin tranziti artırılacaq, müvafiq tərəflər arasında qarşılıqlı ticarət gücləndiriləcək və enerji kəmərləri çəkiləcək”.

  Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən iqtisadi dəhlizin Türkiyəsiz mümkün olmayacağını bildirib və “Hindistan-Orta Şərq-Avropa İqtisadi Dəhlizi Türkiyəsiz ola bilməz. Şərqdən qərbə nəqliyyat üçün ən uyğun xətt Türkiyədən keçənidir" deyib.



Әlaqәli Xәbәrlәr