Türkiye iqtisadiyyatı ilin ikinci rübündə 3,8 faiz artıb

Türkiye Statistika Təşkilatı (TÜİK) cari ilin ikinci rübü (aprel-iyun dövrü) üzrə ümumi daxili məhsulun (ÜDM) nəticələrini açıqlayıb.

2031345
Türkiye iqtisadiyyatı ilin ikinci rübündə 3,8 faiz artıb
Mehmet Şimşek.jpg

Türkiye iqtisadiyyatı ilin ikinci rübündə 3,8 faiz artıb.

Türkiye Statistika Təşkilatı (TÜİK) cari ilin ikinci rübü (aprel-iyun dövrü) üzrə ümumi daxili məhsulun (ÜDM) nəticələrini açıqlayıb.

Buna görə ÜDM zəncirlənmiş həcm indeksi olaraq 2023-cü ilin ikinci rübünün ilk proqnozu olaraq bir əvvəlki ilin eyni rübü ilə müqayisədə 3,8 faiz artıb.

İstehsal üsulu ilə ÜDM təxminləri cari qiymətlərlə ilin ikinci rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə 60,7 faiz artaraq 5 trilyon 502 milyard 192 milyon lirə olub. ÜDM-in ikinci rüb dəyəri cari qiymətlərlə 271 milyard 468 milyon dollar olub.

Xəzinə və maliyyə Naziri Mehmet Şimşək ikinci rübdə 3,8 faiz artım rəqəmini qiymətləndirməsində "Biz həyata keçirdiyimiz siyasətlərin müsbət təsirlərini görməyə başladıq. Bu təsirlərin qalıcı və sabit olması üçün lazımi addımları atmağa davam edəcəyik" deyib.

Naziri Mehmet Şimşək “Əvvəlki ilin eyni dövrü ilə müqayisədə (6 fevralda Kahramanmaraşda) 1,8 faiz azalan sərt qlobal maliyyə şərtlərinə və qlobal ticarətə baxmayaraq, iqtisadiyyatımız ilin ikinci rübündə güclü böyümə performansını davam etdirdi" deyib.



Әlaqәli Xәbәrlәr