Türkiye ilə İraq arasında sərmayə qoyuluşlarının artırılması barədə razılıq əldə olunub

Türkiye ilə İraq arasında ortaq ticarət həcminin artırılması və investisiyaların gücləndirilməsi ilə bağlı razılıq əldə edilib.

2030597
Türkiye ilə İraq arasında sərmayə qoyuluşlarının artırılması barədə razılıq əldə olunub

Türkiye ilə İraq arasında ortaq ticarət həcminin artırılması və investisiyaların gücləndirilməsi ilə bağlı razılıq əldə edilib.

İraq Ticarət Nazirliyinin mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, Türkiyenin ticarət naziri Ömər Bolat və İraqın ticarət naziri Atir əl-Gireyri paytaxt Bağdaddakı nazirlik binasında görüşüb.

Nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin və sərmayə qoyuluşlarının gücləndirilməsi və bu çərçivədə maneələrin aradan qaldırılması barədə razılıq əldə edilib.

Tərəflər birgə komissiyaların fəaliyyətə başlaması, imzalanmış sazişlərin qüvvəyə minməsi və birgə ticarət həcminin artırılması barədə də razılaşıblar.

Açıqlamaya görə, İraq naziri Gireyri türk şirkətlərinin İraqda sənaye, müqavilə, xidmət və digər sahələrə güclü şəkildə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Türkiyenin ticarət naziri Ömər Bolat Türkiye ilə İraq arasında ticarət və investisiya başda olmaq üzrə bütün sahələrdə əlaqələri gücləndirmək istədiklərini bildirib.

Nazir Bolat sosial media hesabı "X" platformasında etdiyi paylaşımda deyib:

“İş dünyası nümayəndələrimizin də iştirak etdiyi toplantıda Türkiye ilə İraq arasındakı ticarət həcmimizin 2022-ci ildə rekord səviyyəyə çatmasından və İraqda ticarət, investisiya və müqavilə sektorlarında lider ölkə olmağımızdan məmnunluğumuzu ifadə etdik.

Ticarət həcmimizi daha da artırmaq və şirkətlərimizin üzləşdiyi problemlərin həlli yollarını tapmaq, özəl sektorlarımızı daha sıx dialoqa təşviq etmək üçün planlı iş görmək barədə razılığa gəldik. İkitərəfli münasibətlərdə əldə olunan uğurun davam etdirilməsi üçün qarşılıqlı səfərlər daha tez-tez həyata keçiriləcək.

Qeyd edək ki, ticarət naziri Bolat avqustun 29-da Bağdadda İraq baş nazirinin müavini və planlaşdırma naziri Məhəmməd Təmim ilə görüşüb.



Әlaqәli Xәbәrlәr