2023-cü ilin yanvar-iyul dövründə Türkiyədən dəniz ilbizi ixracatı

Şərqi Qara Dəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan (deniz salyangozu) bu ilin 7 ayında Türkiyədən 935 ton dəniz ilbizinin ixrac edildiyini bildirib ...

2025320
2023-cü ilin yanvar-iyul dövründə Türkiyədən dəniz ilbizi ixracatı

 

  2023-cü ilin yanvar-iyul dövründə Türkiyədən dəniz ilbizi ixracatı 100 faiz artaraq 9 milyon 765 min 9 dollara çatıb.

  Şərqi Qara Dəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bu ilin 7 ayında Türkiyədən 935 ton dəniz ilbizinin (deniz salyangozu) ixrac edildiyini bildirib: “Sözügedən xarici satışlardan 9 milyon 765 min 9 dollar gəlir əldə edilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəniz ilbizlərinin ixracı miqdar etibarilə 26, gəlir isə 100 faiz artıb. 741 ton qarşılığında 4 milyon 891 min 943 dollar qazanılıb.

  Türkiyədən ən çox dəniz ilbizi 4 milyon 184 min 235 dollarla Cənubi Koreyaya ixrac edilib. Bu ölkədən sonra 2 milyon 277 min 369 dollarla Çin, 1 milyon 535 min 4 dollarla Yaponiya, 1 milyon 452 min 435 dollarla İspaniya, 308 min 522 dollarla Tayvan, 4794 dollarla Gürcüstan, 2650 dollarla Azərbaycan və Naxçıvan gəlir”.

 



Әlaqәli Xәbәrlәr